Belarus müxalifətinin lideri Svetlana Tixanovskayanın həyat yoldaşı Sergey Tixanovski Krımın həm de-yure, həm də de-fakto Ukraynanın olması gərəkdiyini bildirib.
Axar.az xəbər verir ki, o, Krımla bağlı fikrini Rusiya televiziyalarının Belarusla bağlı vəziyyəti yalan şəkildə yayımladıqlarını gördükdən sonra dəyişdiyini açıqlayıb.Qeyd edək ki, Sergey Tixanovski 2020-ci ildə prezident seçkisinə namizəd olsa da sonradan həbs edilmişdi. Onun yerinə namizədliyini Svetlana Tixanovskaya irəli sürmüşdü. Bütün bu dövr ərzində hər iki siyasətçi Krımı de-fakto Ukrayna kimi tanımadıqlarını bildirmişdilər.