Çavuşoğlu Özbəkistana gedib

Çavuşoğlu Özbəkistana gedib backend

Onun Özbəkistan Prezidenti və digər rəsmilərlə görüşü planlaşdırılır

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Türkmənistana rəsmi səfəri başa çatdıqdan sonra o, Özbəkistana gedib.

Səfərin ilk günündə Çavuşoğlu Özbəkistanın mədəniyyət paytaxtı olan Xivə şəhərinə baş çəkərək buradakı İçən-Qala memarlıq kompleksini, Kalta-Minor minarəsini, Kunya-ark qalasını və Cümə məscidini ziyarət edib. Tarixi memarlıq abidələri ilə bağlı Türkiyənin baş nazirinə məlumat verilib.

Mövlud Çavuşoğlunun Xivədən sonra Buxara, Səmərqənd şəhərlərinə və daha sonra Daşkənd gedərək rəsmi görüşlər keçirəcək.

Onun rəsmi səfəri çərçivəsində ölkə prezidenti Şevkat Mirziyoyev, Özbəkistan baş nazirinin müavini və investisiya və xarici ticarət naziri Serdar Umurzakovla görüşəcək. Bundan başqa nazirin Türkiyə-Özbəkistan Ortaq Strateji Planlama Qrupunun ikinci toplantısına qatılması gözlənilir.

Diaspora