Helikopter qəzasında şəhid olan general haqda: hadisədən 1 saat əvvəl...

Helikopter qəzasında şəhid olan general haqda: hadisədən 1 saat əvvəl... backend

Türkiyənin Bingöl ərazisində baş verən helikopter qəzasında şəhid olan Türkiyə Ordusunun 8-ci korpus komandiri general Osman Erbaş haqqında bir şəhidin ailəsi danışıb.

Qazilər.az xəbər verir ki, general qəzadan 1 saat əvvəl şəhid ailəsinə zəng edərək “Kaş ki, biz də şəhid ola bilsək” deyib.

Belə ki, qəzadan əvvəl general Erbaş 4 mart 2016-cı ildə Şırnakda həyata keçirilən əməliyyat zamanı şəhid olan Musa Yılmazın şəhadətinin 5-ci ilində ailəsinə zəng edib. Daha sonra şəhidin məzarını ziyarət etdiyi, üzərinə “Şəhidlər ölməz, vətən bölünməz, ruhun şad olsun” yazılan əklil qoyduğu öyrənilib.

General Erbaş şəhidin atasının xəstəxanada yatdığını öyrənən kimi əlaqədar qurumlara zəng edərək onunla maraqlanmasını tapşırıb.

Şəhid Musa Yılmazın anası Səadət Yılmaz general Erbaşın ona zəng edərək bu sözləri söylədiyini deyib: “Rəhmətliyin ildönümüdür. Allah məkanını cənnət eləsin və rəhm etsin”, - dedi. Sonra yoldaşımla danışmaq istədi. Mən də xəstəxanada yatdığını bildirdim. Tez məndən yerini öyrəndi və Allahdan şəfa dilədi. Mən isə “hər zaman acımızı paylaşdın, yanımızda oldun”, - dedim. Heç vaxt bizi tək qoymadı, məkanı cənnət olsun. Sonda bizə “kaş ki, biz də şəhid olsaq, özünüzü üzməyin, kaş ki, o mərtəbə bizə də nəsib olsa...” dedi. Ölüm xəbərini eşidəndə ağladım. Allah bizə elə bir insanlr yenidən tanış olmağı nəsib etsin, həm mərhəmətli, həm də şəfqətli bir insan idi”.

Firuzə Alimova / Qazilər.az
Diaspora