Yunanıstanın bütün bankları üç həftəlik fasilədən sonra bazar ertəsi, iyulun 20-də açılacaq.
APA-nın NBC News-a istinadən məlumatına görə, bu barədə Yunanıstan maliyyə nazirinin müavini Dimitras Mardas bildirib.
Onun sözlərinə görə, vəsaitin çıxarılmasının limiti olduğu kimi qalır - adambaşına bir sutka üçün 60 avro.
Məhdudiyyətin nə vaxt aradan qaldırılacağı bəlli deyil.