İraqın hərbi aviasiyası Anbar əyalətində sutka ərzində 130 İŞİD qruplaşmasının silahlısını məhv edib.
QAZİLER.AZ saytının APA-a istinadən verdiyi məlumata görə, bu barədə İraqın Müdafiə nazirliyi açıqlama yayıb.
“Hərbi-Hava Qüvvələrinin endirdiyi zərbələr nəticəsində Əl-Haldiyə şəhəri ətrafında 60 ekstremist, 14 nəqliyyat vasitəsi və 8 hərbi istehkam, Ər-Ramadi şəhərində isə 70 terrorçu məhv edilib”, məlumatda bildirilir.
Qeyd edək ki, iyulun 13-də İraqın hərbi komandanlığı İŞİD-in Anbar vilayətindəki mövqelərinə doğru hücuma keçib. Keçirilən əməliyyatın əsas hədəfi terrorçuların nəzarəti altında olan Ər-Ramadi və Əl-Faluca şəhərləridir.