Yəmənin sayca ikinci ən iri şəhəri Ədən husi üsyançılarından azad edilib. QAZİLER.AZ saytının APA-a istinadən verdiyi məlumata görə, bunu Yəmən hökuməti bəyan edib.
Qeyd olunur ki, iyunun 16-da son 70 üsyançı şəhərin mərkəzi bölgəsində hökumət dəstələrinə təslim olub.
Ədən üzərində nəzarətin bərpası martın sonundan etibarən hökumət qoşunlarının ilk uğuru hesab edilir.
Yerli mətbuatın yazdığına əsasən, artıq Yəmən hökumətinin bir neçə üzvü Səudiyyə Ərəbistanından vətənə dönüb.