Yaponiyanın Sikoku ştatında baş verən şiddətli “Nanqka” fırtına nəticəsində 2 nəfər ölüb, 33 nəfər xəsarət alıb
QAZİLER.AZ saytı xəbər verir ki, APA-a istinadən verdiyi məlumata görə, 360 min nəfər ada sakininə təhlükə barədə xəbərdarlıq edilib və evlərini tərk etmək tövsiyə olunub.
Təbii fəlakət zonasında dəmiryol nəqliyyatı dayandırılıb, hava limanında 200-dən çox aviareys ləğv edilib.
Meteoroloqların məlumatına görə, “Nanqka” şimal-şərq istiqamətində irəliləyərək Yaponiyanın ən böyük Honsü adasının Vakayama və Okayama prefekturalarına yaxınlaşır.
Fırtına episentri yaxınlığında küləyin sürəti saniyədə 55 metrə çatır