İngiltərə Hərbi Hava Qüvvələrinə məxsus “Panavia Tornado” tipli bombardman təyyarəsi Kiprdə Akrotiri hərbi bazasına enişi zamanı səhvən iki ədəd raket atıb.
Hərbi bazanın sözçüsü Kristian Qrey məlumatı təsdiq edib. O, “Brimstone” tipli mərmilərin alçaq hündürlükdən atıldığını, lakin partlamadığını bildirib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Xatırladaq ki, İngiltərəyə məxsus Akrotiri hərbi bazası İraqda İŞİD-ə qarşı mübarizədə istifadə olunur