Çexiya cəmiyyəti qaçqınların qəbul edilməsi məsələsində parçalanıb

Çexiya cəmiyyəti qaçqınların qəbul edilməsi məsələsində parçalanıb backend

İyulun 18-də Praqadakı Vatslav meydanında miqrasiya ilə bağlı üç aksiya keçiriləcək.

Əvvəlcə meydana multikultural dinc yanaşı yaşama tərəfdarları, ksenofobiya və millətçilik əhval-ruhiyyələrinin artması əleyhinə çıxanlar gələcəklər. Onlar əmindirlər ki, Çexiyanın qaçqınları qəbul etməsinə görə yaranan qorxu tamamilə əsassızdır. İki saatdan sonra miqrantları Çexiya Respublikasında görmək istəyənlər mitinq keçirəcəklər. Sonra isə daha radikal ideyalarla – ölkənin dərhal Aİ-dən, Şengen məkanından çıxması və sərhədlərin bağlanması ideyaları ilə çıxış edənlərin mitinqi başlanacaq.

Planlaşdırılan tədbirlərə bu yaxınlarda Çexiya hökumətinin 1500 qaçqını qəbul etmək qərarı səbəb olub.
Diaspora