Avrozona ölkələrinin maliyyə nazirləri bu gün telefon müşavirəsi keçirəcəklər. Müşavirədə Afina ilə bağlı növbəti addımlar müzakirə ediləcək. Avroqrup sədrinin nümayəndəsi Yeruna Deysselblum Mixel Reyns dünən axşam Twitterdəki səhifəsində yazıb: “Avroqrup səhər saat 10-da telefon konfransı keçirəcək”.
Diskussiya Yunanıstanın Baş naziri Aleksis Siprasın beynəlxalq kreditorlarla razılığa gəldiyi yeni islahatlar paketinə dair Yunanıstan parlamentinin qərarının açıqlanmasından sonra keçiriləcək. Parlamentin növbədənkənar iclası bağlı qapılar arxasında keçirilir. “Reuters” agentliyinə məlum olub ki, Sipras səsvermədən əvvəl deputatları bu paketi dəstəkləməyə çağırıb. Amma vurğulayıb ki, şəxsən özü planlaşdırılan tədbirlərin çoxunun səmərəliliyinə inanmır.