Norveçdə Bremanger kommunası yaxınlığında yerləşən iki kilometr uzunluğunda Skatestraum sualtı tunelində güclü partlayış baş verib.
Norveç KİV-lərinin yaydığı məlumata görə, hadisə içərisində 16,5 min litr benzin olan avtosistern yük maşınından açılıb divara çırpılandan sonra baş verib. Bir qədər sonra hadisə yerinə xilasedicilər və fövqəladə xidmətlərin işçiləri gəliblər.
Məlumata görə yük maşınının sürücüsü hadisə yerindən uzaqlaşa bilib, lakin bir nəfər güclü zərər çəkib. Asayış keşikçiləri ətraf rayonlarda yaşayan insanları təhlükəsizlik məqsədi ilə evakuasiya ediblər.
Lakin ziyanın miqyası məlum olmadığı üçün tezliklə xilasedicilər də partlayış baş verən tuneli tərk etməli olublar. Axşam polis tunelin uçması ehtimalı barədə xəbərdarlıq edib. Məlumata görə, tunelin dənizin altından 90 metr dərinliyindən keçən hissəsinə su dolmağa başlayıb.