Xətibzadə İran obyektlərinin məhvindən danışdı

Xətibzadə İran obyektlərinin məhvindən danışdı backend

ABŞ-ın Suriyaya aviazərbəsi beynəlxalq hüquq pozuntusudur.

Axar.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.

“ABŞ-ın Suriya hücumu İsrailin fasiləsiz təcavüzkarlığının davamıdır. ABŞ bazaları qeyri-qanuni olaraq Suriyada yerləşdirilib və orada terrorçular təlim keçir”, - deyə Xətibzadə bildirib.

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri Suriyada İran hərbi obyektlərinə zərbələr endirib.