İsveçrədə koronavirusa qarşı peyvənd vurulduqdan sonra 364 nəfər özünü narahat hiss edib, on altı nəfər isə vəfat edib.
“Report”un məlumatına görə, bu barədə İsveçrə terapevtik məhsullar agentliyi (Swissmedic – Red) məlumat yayıb.Agentliyə daxil olan müraciətlərin əksəriyyəti Pfizer, Comirnaty və Moderna peyvəndi ilə əlaqədardır.
Belə ki, peyvənd olunanlar baş ağrısı, peyvənd yerindəki ağrı, qızdırma və üşütmədən əziyyət çəkiblər. Müraciət edənlərin 95-i xəstəxanaya aparılıb, 16 pasiyentin həyatını xilas etmək mümkün olmayıb.
Dünyasını dəyişən şəxslərin orta yaşı 86 olub. Onların əksəriyyəti peyvənd edilmədən əvvəl ürək-damar və ağciyər xəstəliklərindən əziyyət çəkirmiş.