Yerevan-Moskva reysi ilə uçan təyyarə məcburi eniş edib

Yerevan-Moskva reysi ilə uçan təyyarə məcburi eniş edib backend

Yerevandan Moskvaya uçan sərnişin təyyarəsi ekipaj komandirinin qərarı ilə sərnişinlərdən birinin qeyri-adekvat davranışına görə Volqoqradda məcburi eniş etməli olub. Trend xəbər verir ki, bu barədə İnterfaks agentliyinə regionun hüquq-mühafizə orqanlarından məlumat verilib.

Agentlikdəki mənbənin məlumatına görə, təyyarə Moskva vaxtı ilə saat 22:30-da Volqoqradda yerə enib.

Enməyə səbəb Avropa ölkələrindən birinin, çox güman ki, Norveç vətəndaşı olan sərnişinin özünü qeyri-adekvat aparması və başqa sərnişinlərin təhlükəsizliyini təhdid etməsi olub. Belə ki, sərnişin təyyarənin salonunda ora-bura qaçıb, pilot kabinəsinin qapısını döyüb. Volqoqradda kişini reysdən kənarlaşdırıblar. İlkin məlumata görə, bu şəxsdə psixoloji problemlər olub.

Üç saatdan sonra təyyarə Moskvaya uçuşu davam etdirib. Salonda 130 sərnişin olub.
Diaspora