Edamdan əvvəl ölən qadının cansız bədəni dar ağacına asıldı

Edamdan əvvəl ölən qadının cansız bədəni dar ağacına asıldı backend

İranda həyat yoldaşını öldürdüyü üçün edam cəzası alan qadın edamdan bir neçə dəqiqə əvvəl ürək tutmasından həyatını itirib. Sözügedən qadının cansız bədəni qaynanasının istəyi ilə asılıb.

Qazilər.az Moderator.az-a istinadla xəbər verir ki, Zəhra İsmaili adlı qadın özünə və qızına şiddət göstərən kəşfiyyat zabiti olan ərini öldürdüyü üçün edam cəzasına məhkum edilib.

Qadının vəkili edamdan əvvəl müvvəkkilinin 16 nəfərin edamını izləməyə məcbur edildiyini söyləyib. Vəkilin sözlərinə görə, qadın sıra ona çatarkən ürək tutması keçirib. Ancaq ölən şəxsin anasının edam stulunu itələmək haqqı olduğu üçün qadının cansız bədəni yenə də asılıb.



Çindən sonra ən çox edam cəzası tətbiq edilən ikinci ölkə olan İranda son bir neçə həftədə bir çox məhkumunun edam edildiyi, ancaq 17 nəfərin eyni gündə edam edilməsinin İran üçün yüksək bir rəqəm olduğu bildirilib.
Diaspora