Almaniya kansleri Angela Merkel eynicinsli nikahlara qarşı çıxış edib. QAZİLER.AZ APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Independent” nəşri məlumat yayıb.
Merkel diskriminasiyanın aradan qaldırılmasını və eynicinsli şəxslərin münasibət qurmasını dəstəklədiyini bildirib, lakin nikah anlayışının yalnız kişi və qadın arasında bağlanan ittifaq olduğunu qeyd edib.“Şəxsən mənim üçün nikah kişi və qadının birgə yaşamasıdır. Bu mənim konsepsiyamdır”, deyə Merkel qeyd edib.
Qeyd edək ki, ABŞ Ali Məhkəməsi iyunun 26-da ölkənin 50 ştatının hamısında eynicinsli nikahları rəsmiləşdirib.