PKK terror təşkilatı ilə İraqdakı Həşdi-Şabi qruplaşması Türkiyəyə qarşı ittifaq qurub.
Axar.az xəbər verir ki, bunu İraq Kürd Muxtariyyətinin deputatı Azad Kürəci deyib.Onun sözlərinə görə, Türkiyənin Qara əməliyyatından əvvəl Həşdi-Şabinin qanadları olan Ketayib Hizbullah, Hərəkat ən-Nücəba, Asaeb Əhlül-Haqq qruplaşmaları Sincarda toplantı keçiriblər.
“Toplantıda PKK terror təşkilatını Mahmur düşərgəsindən gələn Duran Qalxan təmsil edib. Görüşdə Türkiyənin İraqda davam edən əməliyyatlarına qarşı birgə hərəkət etmək razılığı əldə olunub. Həşdi-Şabi və PKK Türkiyənin İraqdakı mülki və hərbi heyətinə qarşı birgə hücum etmək qərarını veriblər”, - Kürəci bildirib.