Putinlə Jirinovski arasında maraqlı dialoq: “Biz yetim qaldıq...”

Putinlə Jirinovski arasında maraqlı dialoq: “Biz yetim qaldıq...” backend

Rusiya Dövlət Dumasında təmsil olunan fraksiya liderləri ilə onlayn görüşdə Vladimir Putinlə Liberal Demokrat partiyasının türkoloq lideri Vladimir Jirinovski arasında maraqlı dialoq olub.

Qazilər.az xəbər verir ki, bu barədə görüşün Kremlin rəsmi saytında yayılan mətnində qeyd edilir.

Belə ki, Jirinovski xarici qüvvələrin müdaxiləsi mövzusundan danışan zaman Rusiyanın 988-ci ildə xristianlığın Bizans qolunu qəbul etdiyini xatırladıb və deyib ki, əvvəl kilsələr bir idi, o zaman onların ayrılacağını bilmirdik: “İkincisi, pravoslavlar, yəni Konstantinopol xristian dünyasının ən varlısı, ən güclüsüydü, ancaq varvarlar şərqdən gəldilər və 1453-cü ildə Konstantinopolu, her şeyi ələ keçirdilər, hər şey dağıldı və biz tək qaldıq.

Biz katolik və ya protestant deyilik. Xristian dünyasında yetim qaldıq. Onların dünyasında yad olduq”.

Putin isə hazırcavablılığı ilə bir daha seçilib: “Əlbəttə, Türkiyə daxil, Şərq məsələsində savadlı alimsiniz. Şərqdən türklər gəldilər və pravoslav imperatorluğunu yıxdılar deyirsiniz. Amma çox yaxşı bilirsiniz ki, şərqdən türklər gəlməmişdən əvvəl qərbdən səlibçilər gəldilər, bu da Bizans imperatorluğunu zəiflətdi. Daha sonra isə son zərbələr endirildi və ələ keçirildi. Bu tarixi hadisəni əsla unutmamalıyıq”.

Nocomment.az
Diaspora