Yanukoviç Krımın işğalının səbəbini “tapdı”

Yanukoviç Krımın işğalının səbəbini “tapdı” backend

Krımın anneksiyası və Donbas müharibəsinin günahkarı Ukraynanın eks-prezidenti Pyotr Poroşenko, sabiq baş nazir Yaçenyuk və Milli Təhlükəszilik və Müdafiə Şurasının keçmiş rəhbəri Aleksandr Turçinovdur.

Axar.az xəbər verir ki, bunu Ukraynanın eks-prezidenti Viktor Yanukoviç deyib.

“Krımın anneksiyası və Donbas savaşı haqqında danışsaq, ukraynalıların əksəriyyəti bu qorxulu cinayətlərdə kimin günahkar olduğunu çoxdan bilir. Maydan, daha dəqiq desək, onun liderləri – Turçinov, Yaçenyuk, Poroşenko və digərləri hər şeyi etdilər ki, krımlılar özlərini yeni Ukraynadan təcrid olunmuş hiss etsinlər. 7 il keçməsinə baxmayaraq, Maydan Ukraynanı parçalamağa davam edir. Hazırkı və keçmiş hökumətlərin fəaliyyəti bizim dövlətdə parçalanmanı dərinləşdirir”, – deyə o bildirib.
Diaspora