Sanksiyalardan qurtulan İran artıq TAP və TANAP-la maraqlanır

Sanksiyalardan qurtulan İran artıq TAP və TANAP-la maraqlanır backend

Transadriatik (TAP) və Transanadolu (TANAP) kimi iri layihələrə qoşulmaq İran üçün cəlbedicidir. Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin brifinqdə deyib.

Onun sözlərinə görə, İran təbii qaz ehtiyatlarına görə dünyada ikinci yeri tutur və müxtəlif qaz layihələrinə qoşulmaqda maraqlıdır: "TAP və TANAP-a qoşulmaq İran üçün olduqca maraqlıdır. Bu məsələyə hazırda İranın Neft Nazirliyində və Milli Neft Şirkətində baxılır. Həmçinin SOCAR şirkəti ilə danışıqlar aparırıq. Boru kəmərlərindən birinin 2018-ci ildə istismara veriləcəyini nəzərə alsaq, yekun qərar qəbul etmək üçün kifayət qədər vaxt var".

Səfir qeyd edib ki, Azərbaycan və İran arasında neft-qaz sahəsində birgə layihələrin müzakirəsi aparılır: "Konkret layihələri vaxtı gələndə elan edəcəyik".
Diaspora