Noutbuklar bazarının həcmi 9,4 faiz azalıb

Noutbuklar bazarının həcmi 9,4 faiz azalıb backend

“Digitimes Research” analitik şirkətinin məlumatına görə, 2015-ci ilin aprel-iyununda Tayvanın saziş üzrə fəaliyyət göstərən (ODM) "Quanta”, “Compal”, “Wistron”, “Pegatron” və “Inventec” istehsalçıları 31,3 milyon ədədə yaxın noutbuk buraxıblar ki, bu da ötən rübdə ümumdünya tədarük həcminin 82 faizini təşkil edir.

Yanvar-martla müqayisədə Tayvanın “ODM” şirkətlərinin tədarükü 6,6 faiz artsa da, illik ifadədə 10,1 faiz azalıb. İri istehsalçılar ümumi həcmin müvafiq olaraq 33,7 və 31,3 faizini buraxan “Quanta” və “Compal” olub.

Ekspertlərin qiymətləndirməsinə görə, ötən rübdə dünya bazarına ümumilikdə 38,32 milyon noutbuk tədarük edilib ki, bu da ötən rübün göstəricisindən 1,9 faiz çoxdur, lakin bir il əvvəlin nəticəsindən 9,4 faiz azdır.

Tayvanın “ODM” istehsalçılarının tədarük etdiyi noutbukların əksər hissəsini 15, 14 və 13 düymlü modellər təşkil edib. Onların ümumi göstəricidə payı müvafiq olaraq 44,7, 21,5 və 15,4 faizə bərabər olub. Qalan hissəni 16,12 və 12 düymdən aşağı modellər təşkil edib. Onların payı müvafiq olaraq 5,1, 3,8 və 9,4 faiz təşkil edib.

“ODM” istehsalçıların böyük müştərisi kimi "Hewlett-Packard” çıxış edib. Şirkətin sifarişi ilə noutbukların ümumi sayının 25 faizi istehsal olunub. İkinci yeri payı 17,1 faizə bərabər olan “Dell” şirkəti tutub. Sonrakı yerlərdə müvafiq olaraq 13,8, 11,3, 11,2, 10,3 və 4,5 faiz göstərici ilə “Apple”, “Lenovo”, “Asustek”, “Acer və “Toshiba” şirkətləri qərarlaşıb, - “DailyComm” yazır.
Diaspora