Türkiyə bu bölgələrə də ordu yeridə bilər - Zəbari

Türkiyə bu bölgələrə də ordu yeridə bilər - Zəbari backend

Türkiyə Sincar və Qəndildə də Qara hərəkatına bənzər əməliyyatlar apara bilər.

Axar.az xəbər verir ki, bu sözləri İraq Kürd Regional Rəhbərliyinin hərbi müşaviri Babəkir Zəbari deyib.

Zəbari Türkiyənin apardığı əməliyyatlardan xəbərsiz olduqlarını bildirib:

"Türkiyənin hədəfə çatdığını və PKK-ya ziyan vurduğunu deyə bilərik, ancaq bu zərərin miqyasını dəqiq bilmirik".

Qeyd edək ki, Türkiyə ordusu fevralın 10-da "Pəncə Qartal-2" hərəkatına başlayıb.