Türkiyə Silahlı Qüvvələri tərəfindən İraqın şimalındakı Qara bölgəsində təşkil olunan "Pençe Qartal-2" əməliyyatları yekunlaşıb.
Redaktor.az bildirir ki, ümumilikdə 53 PKK terrorçusu zərərsizləşdirilib. Hərbi əməliyyatlar çərçivəsində ən müasir PUA-lardan istifadə olunub.Terrorçuların ən vacib obyektləri, silah-sursat anbarları darmadağın edilib.
Əməliyyatlar sürətli və qüsursuz şəkildə icra olunub.