Ukrayna, Gürcüstan və Moldovanın ABŞ-ın rəhbərliyi altında hərbi ittifaq yaratmasının mənası yoxdur.
Axar.az xəbər verir ki, bunu İsraildən olan ekspert, İsrailin “Nativ” xüsusi xidmət orqanının keçmiş rəhbəri Yakov Kedmi deyib.Onun sözlərinə görə, bu ölkələr nə ayrılıqda, nə də birlikdə Rusiyaya qarşı durmaq gücündədir.
Kedmi Vaşinqtonun bu ittifaq üçün pul ayıracağı təqdirdə onların bu vəsaiti talan edəcəklərini bildirib.
Qeyd edək ki, bundan öncə ABŞ-ın Rusiyaya qarşı Ukrayna, Gürcüstan və Moldovadan ibarət xüsusi ittifaq yaradacağı haqqında məlumat yayılmışdı.