Britaniya-İsveç şirkəti “AstraZeneca” və Oxford Universitetinin koronavirus peyvəndi ilk dəfə 6-17 yaş arası uşaqlar üzərində sınaqdan keçiriləcək.
Bu barədə “Reuters” xəbər yayıb.Testlərin dərmanın effektivliyinin təyin olunmasına kömək edəcəyi bildirilir.
Təcrübədə 300 könüllü iştirak edəcək. İlk peyvəndlərin fevral ayında vurulacağı ehtimal olunur.