Türkiyə şirkətinə məxsus “MV Mozart” gəmisinə hücum zamanı girov götürülən 15 dənizçi sərbəst buraxılıb.
Qazilər.az Sputnik-ə istinadən xəbər verir ki, sərbəst buraxılan dənizçilərin səhhətinin yaxşı olduğu bildirilib.Qeyd edək ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus, Liberiya bayrağı altında üzən “MV Mozart” gəmisinə hücum etmişdi. Gəminin 19 heyət üzvündən 15-i girov götürülmüş, azərbaycanlı mühəndis Fərman İsmayılov isə öldürülmüşdü.