Texasın mərkəzi magistrallarından birində ümumilikdə 133 avtomobil toqquşub. Hadisəyə yolun buz bağlaması səbəb olub.
"Report" xəbər verir ki, bu barədə "Dallas Morning News" hakimiyyət orqanlarına istinadən bildirib.Qeyd edilir ki, yol qəzasında xəsarət alanların da sayı artaraq 65 nəfərə yüksəlib. Onlar xəstəxanaya yerləşdirilib.
NBC telekanalı isə bildirib ki, ştatın başqa hissələrində də yol-nəqliyyat hadisələri baş verib. Həmin qəzalar zamanı azı 5 nəfər ölüb.
Bu barədə məlumatı Fort-Uert şəhərinin Polis İdarəsinin nümayəndəsi Deniel Sequra mətbuat konfransında qeyd edib: "Bizdə təsdiq edilmiş informasiya var ki, azı beş insan həlak olub". Sequra bildirib ki, hakimiyyət orqanları hadisə haqqında informasiyanı dəqiqləşdirməyə davam edir.