Dünyada koronavirusa yoluxanların son statistikası

Dünyada koronavirusa yoluxanların son statistikası backend

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 413 mindən çox artıb.

Qazilər.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 413 858 nəfər yeni koronavirusa yoluxub, 12 787 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 106 991 090, ölənlərin isə 2 347 015 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
Diaspora