Ən çox telefon satan markalar açıqlandı – “Apple” zirvədədir

Ən çox telefon satan markalar açıqlandı – “Apple” zirvədədir backend

2020-ci ilin son 4 ayında 90,1 milyon smartfon satan “Apple” dünyanın ən çox telefon satan şirkəti olub.

Qazilər.az xəbər verir ki, bu barədə beynəlxalq məlumat mərkəzi İDC tərəfindən nəşr olunan araşdırmada dərc olunub.

Yayımlanan məlumata görə 2020-ci ilin oktyabr-dekabr aylarında dünya bazarında 385,9 milyon smartfon satılıb. Belə ki, 2019-cu ilin eyni vaxtı ilə müqayisədə ötən il 16 milyon ədəd daha çox ağıllı telefon satışı edilib. “LG”, “Vivo”, “Nokia” və “Blackberry” kimi şirkətlər isə ən çox smartfon satan şirkətlər arasında olduqca geridə qalıb.

2020-ci ilin son 4 ayında “Apple” 90,1 milyon ağıllı telefon satmaqla dünyanın ən çox telefon satışını gerçəkləşdirən “Samsung” şirkətini belə geridə qoyub. Satışını 22 faiz artırmaqla “Apple”ın bazardakı payı 23,4 faiz olub.

Cənubi Koreyanın telefon istehsalçısı “Samsung” oktyabr-noyabr aralığında satışlarını 6,2 faiz artırmış və 73,9 milyon satış etməklə dünyanın ən böyük 2-ci ağıllı telefon satıcısı olub. “Samsung”un bazardakı payı isə 19,1 faiz olaraq qeyd edilib.

Ən çox satış edən smartfon markaları arasında çinli istehsalçılar da var. İlk 5 marka arasında, dünyanın ən böyük 3-cü ağıllı telefon istehsalçısı “Huawei”, “Xiaomi” və “Oppo” markaları yer alıb.

Belə ki, “Xiaomi” 43,3 milyon telefon satmaqla 3-cü, “Oppo” 33,8 milyon satışla 4-cü, “Huawei” 32,3 milyon ağıllı telefon satmaqla 5-ci sırada qərarlaşıb.

Firuzə Alimova / Qazilər.az
Diaspora