Rusiyanın Moskva vilayətinin Odintsovo şəhərindəki Nikolskaya xəstəxanasının Reanimasiya şöbəsində üç nəfər oksigen verilməsinin kəsilməsi səbəbindən ölüb.
TASS xəbər verir ki, ilkin məlumatlara görə, oksigenin verilməsinin dayandırılmasına texniki nasazlıq səbəb olub.Hüquq-mühafizə orqanlarındakı mənbənin TASS-a verdiyi məlumata görə, oksigen verilməsində kəsinti xəstəxananın COVID bölməsində baş verib. Mənbənin məlumatına görə, nasazlıq səbəbindən nə yanğın, nə partlayış olub. Hazırda faktla bağlı istintaq tədbirləri görülür.