Donbasda atəşkəsə dair razılaşmaya nail olunub

Donbasda atəşkəsə dair razılaşmaya nail olunub backend

Minskdə təmas qrupunun danışıqları zamanı Ukraynanın cənub-şərqində atəşkəsin tətbiq edilməsi, ağır döyüş texnikasının geri çəkilməsi və əldə olunmuş razılaşmanın icrasına nəzarət məsələləri razılaşdırılıb.

Tərəflər həmçinin Donbasın gələcək siyasi quruluşu və yerli seçkilərin keçirilməsi məsələlərini müzakirə ediblər. APA-nın verdiyi xəbərə görə, bu barədə TASS-a məlumatlı mənbə bildirib.

Görüş Minskdə sona çatıb, iştirakçılar mətbuata heç bir açıqlama verməyib.

Qeyd edək ki, Ukraynanı danışıqlarda ikinci prezident Leonid Kuçma və ictimai-siyasi xadim Viktor Medvedçuk, Rusiyanı – bu ölkənin Kiyevdəki səfiri Mixail Zurabov, separatçıları isə Denis Puşilin və Vladislav Deyneqo tımsil edib.
Diaspora