Ərdoğan: Türkiyə Aya kosmik raket göndərəcək

Ərdoğan: Türkiyə Aya kosmik raket göndərəcək backend

Türkiyə 2023-cü ilin sonunda kosmosa raket buraxmağı planlaşdırır.

Qazilər.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Milli kosmik proqramın nümayişi mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O, qeyd edib ki, həmin ilin sonlarında kosmik raket Aya enəcək.

"Türkiyə əsrlər boyu dünyada ədalətin, əxlaqın və barışın ilki olmuş mədəniyyətinin qapısını kosmik səyahətə açır", - dövlət başçısı deyib.

Ərdoğan həmçinin bildirib ki, Türkiyə Milli kosmik proqram çərçivəsində kosmosa öz vətəndaşını göndərməyi planlaşdırır.

Rəcəb Tayyib Ərdoğan ölkəni qlobal kosmik yarışının ən yüksək liqasına aparacaq Milli kosmik proqramı yol xəritəsinin uğurla həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.

Prezidentin sözlərinə görə, Türkiyənin Yerdən məsafəli ilk zondlama peyki olan “İmece” inteqrasiya prosesi başa çatıb və sınaqları davam edir.