Türkiyənin Bolu vilayətində yük maşını ilə avtobusun toqquşması nəticəsində 6 nəfər ölüb, 40 nəfər yaralanıb. Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyəti ağırdır. QAZİLER.AZ saytı bu barədə Trend-ə istinadən xəbər verir.
Həlak olanların sayının artacağı istisna edilmir.
Xəsarət alanların hamısı Türkiyə vətəndaşlarıdır.