ABŞ prezidenti Barak Obama haqqında filmin çəkilişlərindən ilk fotolar dərc edilib.
QAZILER.AZ saytının “Lent.az”- a istinadən xəbərinə görə, bu barədə məlumat "The Hollywood Reporter" nəşrinin saytında yerləşdirilib.
Barak və Mişel Obamaların necə cütlük olmalarından bəhs edən filmdə baş rolu amerikalı aktyor Parker Soyers ifa edir. Mişel Obama obrazını isə Tika Stampter canlandırır.
"Southside With You" filmi ABŞ-ın prezidenti olacaq gəncin 1989-cu ilin yayında gələcək birinci xanım ilə necə tanış olmasından bəhs edir.