ABŞ-ın Kentukki ştatında baş verən daşqınlar nəticəsində 2 nəfər ölüb. QAZİLER.AZ-ın APA-ya istinadən verdiyi məlumata görə, daha 15 nəfər xəstəxanalara yerləşdirilib, azı 6 nəfər itkin düşmüş hesab edilir.
Təbii fəlakət nəticəsində Kentukki ştatında 150 evin tam və yaxud qismən dağıldığı bildirilir. Hazırda qəza zonasında axtarış-xilasetmə tədbirləri davam etdirilir. Bir çox yolların su altında qalması xilasedicilərin işlərini çətinləşdirir.Qeyd edək ki, təbii fəlakətlə əlaqədar Kentukki ştatında fövqəladə vəziyyət elan edilib.