Ərdoğandan Amerikaya sərt cavab: Kimsənin gözünün yaşına baxmayacağıq

Ərdoğandan Amerikaya sərt cavab: Kimsənin gözünün yaşına baxmayacağıq backend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Boğaziçi Universitetində baş verənlərlə bağlı Amerika və Avropa ölkələrinə sərt cavab verib.

Qazilər.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Boğaziçi Universiteti ilə bağlı yaşanan son olaylar barədə çıxışında deyib.

“Mən Amerikaya bunları deyirəm: irqçilik etməklə tavana qədər qalxdınız. Polisləriniz qaradərili vətəndaşlarınızı yerə yıxıb öldürürlər. Makron, sən əvvəlcə “sarı jiletlilər” məsələsini həll et. Hələ də bunu həll edə bilmirsən. Hazırda mənim ölkəmdə hüzursuzluq yoxdur”.

Daha sonra Ərdoğan Boğaziçi Universitetiylə bağlı etirazlara qarışan və terrorla əlaqəsi olanlara axırıncı dəfə xəbərdarlıq edib: “Terror təşkilatlarının oyuncağı olan kimsənin gözünün yaşına baxmayacağıq. Onların yaxalarından tutub məhkəmənin qarşısına çıxaracağıq. Terrora qarışmamış, dövlətinə və millətinə düşmənçiliyi həyatlarının mərkəzinə çevirmədən övladlarımıza sahiblənmək bizim borcumuzdur”.



Firuzə Alimova / Qazilər.az
Diaspora