Ərdoğan: Ürəklidirlərsə, mənim də istefamı tələb etsinlər!

Ərdoğan: Ürəklidirlərsə, mənim də istefamı tələb etsinlər! backend

Bəzi televiziya proqramlarında Boğaziçi Universitetinin rektoru Melih Bulunun istefa verməsini tələb edirlər. Əgər ürəklidirlərsə, prezidentin də istefasını tələb edin.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Boğaziçi Universiteti ilə bağlı yaşanan son olaylar barədə çıxışında deyib.

“Boğaziçində baş verən olayları oradakı təbələrin insidenti kimi dəyərləndirməyimiz mümkün deyil. Tələbələrlə yaxından-uzaqdan əlaqəsi yoxdur”, - deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, sözügedən universitetdə bir neçə tələbənin iştirakı ilə yeni rektorun təyinatına etiraz olaraq aksiya başladılıb. Bir müddət sonra etiraz aksiyası genişlənib və İstanbulun müəyyən rayonlarında da aksiyaya dəstək verilib.
Diaspora