İsveçrədə koronavirusa qarşı peyvənd vurulduqdan sonra 63 nəfər özünü narahat hiss edib, altı nəfər isə vəfat edib.
“Report”un məlumatına görə, bu barədə İsveçrə terapevtik məhsullar agentliyi (Swissmedic – Red) məlumat yayıb.Agentliyə daxil olan müraciətlərin əksəriyyəti ciddi hesab olunmayıb. Belə ki, peyvənd olunanlar baş ağrısı, peyvənd yerindəki ağrı, qızdırma və üşütmədən əziyyət çəkiblər.
Qeyd edək ki, İsveçrədə kütləvi peyvəndlənmə 2020-ci ilin 23 dekabr tarixindən başlayıb. Hələ ki, “Pfizer / BioNTech” peyvəndi istifadə olunur.