Rusiyada qəzaya uğramış Tu-95MS bombardmançı təyyarənin 5 nəfər ekipaj üzvü sağ tapılıb. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyindən bildiriblər.
Tapılan pilotların durumu qənaətbəxş kimi qiymətləndirilir. Daha iki pilotun axtarışı isə davam edir.Xatıraldaq ki, Tu-95MS təyyarəsi bu gün səhər saatların Xabarovsk yaxınlığında qəzaya uğrayıb. Ekipaj üzvləri paraşütlərin köməyi ilə xilas ola biliblər.