İranda MAQATE-nin 150 müfəttişi işləyəcək

İranda MAQATE-nin 150 müfəttişi işləyəcək backend

İran Birləşmiş Millətlər Təşkilatının (BMT) atom enerjisi üzrə beynəlxalq agentliyinin (MAQATE) müfəttişlərinin sayını 130-150-yə qədər artırılmasına razılaşıb. QAZİLER.AZ-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu, İranın nüvə proqramı üzrə “altılıq” ölkələri ilə danışıqların nəticəsində razılaşdırılıb.

Razılaşma sənədində qeyd edilir ki, İran diplomatik münasibətləri olan ölkələrin MAQATE müfəttişlərinə işləməyə razılıq verir.

Bundan əvvəlki məlumatda qeyd edilirdi ki, MAQATE və İran bu ölkənin nüvə proqramı ilə bağlı hərbi xarakterli məsələlərin nizamlanması ilə bağlı razılaşma imzalayıb.
Diaspora