Ukraynanın hüquq-mühafizə orqanları Zakarpatye vilayətinin Mukaçevo rayonunda Boboviç kəndi yaxınlığında “Sağ sektor”un yaraqlılarının zərərsizləşdirilməsinı başlayıb. QAZİLER.AZ bildirir ki, Ukrayna KİV-in verdiyi xəbərə görə, iyulun 11-də Mukaçevodakı atışmadan sonra həmin əraziyə çəkilən “Sağ sektor”un döyüşçülərinin yeri onlardan birinin mobil telefondan istifadəsi nəticəsində müəyyənləşdirilib.
Hazırda meşədə olan döyüşçüləri tərksilah etmək məqsədilə ərazi hüquq-mühafizə orqanlarının nəzarətinə alınıb, burada pulemyotların, hətta BTR-lərin də yerləşdirildiyi bildirilir.İyulun 11-də Mukaçevodakı “Antars” idman-sağlamlıq klubunda “Sağ sektor”un döyüşçülərinin iştirakı ilə silahlı insident baş verib.
Ukrayna prezidenti Pyotr Poroşenko iyulun 13-də Daxili İşlər Nazirliyinə, Təhlükəsizlik Xidmətinə və digər güc strukturlarına ölkə ərazisindəki qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi barədə göstəriş verib.