Çində internetə girişə qadağa qoyula bilər

Çində internetə girişə qadağa qoyula bilər backend

İyulun 1-də Çində hökumətin əhalinin internetə girişinə nəzarət etməsinə icazə verən qanun qəbul edilib. İKT.lent.az-ın “FTimes.ru” saytına istinadən məlumatına görə, qanunda bildirilir ki, bu məhdudiyyətlər ancaq yüksək təhlükə, məsələn, kütləvi etirazlar zamanı tətbiq oluna bilər.

İnternetə girişə məhdudiyyətin yaranması və ya bərpa edilməsi ilə bağlı qərarı xüsusi orqan olan Kiberməkan Administrasiyası qəbul edəcək.

Analitiklər qeyd edir ki, bu bölmənin əlində informasiya sahəsinə nəzarətlə bağlı hədsiz imkanlar cəmlənib. Onlar hesab edir ki, bu, ilk əvvəl təhsil və elmi araşdırmalar sahəsinə toxunacaq.

Həmçinin qanunda dəqiq göstərilir ki, Çin Xalq Respublikasının vətəndaşları haqqında məlumatlar ancaq ölkə ərazisinin hüdudunda saxlanılmalıdır. Bundan başqa, ölkəyə gətirilən bütün növ İT məhsulları və yüksək texnoloji avadanlıqlar ciddi nəzarətdən keçməlidirlər.
Diaspora