Ərdoğan Nazirlər Kabinetinin iclasına sürücüsüz avtobusla getdi - FOTO

Ərdoğan Nazirlər Kabinetinin iclasına sürücüsüz avtobusla getdi - FOTO backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasına Türkiyə istehsalı olan sürücüsüz avtobusla gedib.

Qazilər.az xəbər verir ki, bu barədə prezident öz "Twitter" səhifəsində bildirib.

"Atak Electric" şirkətinin istehsalı olan 8 metr uzunluğunda elektroavtobus tam müstəqil şəkildə hərəkət edir.

R.T.Ərdoğan Prezident Sarayından Nazirlər Kabinetinədək olan məsafəni həmin avtobusla qət etdiyini deyib.
Diaspora