ABŞ-ın Massaçusets ştatından olan konqresmen Stiven Linç peyvənd olunduqdan sonra koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə "Washington Post" məlumat yayıb.Qeyd edilib ki, Stiven Linçə ABŞ Prezidenti Cozef Baydenin andiçmə mərasiminə qədər koronavirus vaksininin ikinci dozası vurulub. O, “Pfizer” və “BioNTech” şirkətlərinə məxsus peyvəndi qəbul edib.
Konqres üzvünün mətbuat xidmətindən verilən məlumata görə, mərasimdən əvvəl onun testi mənfi nəticə göstərib.