Belarusda ağ-qırmızı-ağ bayraq ekstremist rəmzi kimi qəbul edilə bilər.
Qazilər.az Axar.az-a istinala xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun rəsmisi Angeliça Kurçak danışıb."Baş Prokurorluğun ekstremizmə qarşı mübarizə haqqında qanunvericiliyi təkmilləşdirmək üçün əvvəllər apardığı işləri nəzərə alaraq, hazırda ağ-qırmızı-ağ bayraq və digər rəmzlərin ekstremist simvolu kimi tanınmasına dair sənədlər paketi hazırlayırıq", - Kurçak vurğulayıb.
Qeyd edək ki, ağ-qırmızı-ağ bayraq 1918-ci ildə Belarus Xalq Respublikasında və Sovet İttifaqının dağılmasından sonra 1991-1995-ci illər arasında ölkənin dövlət bayrağı olub. Daha sonra Prezident Aleksandr Lukaşenko dövlət bayrağının dəyişdirilməsi barədə qərar qəbul edib. Ölkə müxalifəti isə kütləvi nümayişlərdə sözügedən bayraqdan geniş şəkildə istifadə edir.