Tehranın bəzi bölgələrində həyəcan siqnalları eşidilib - Səbəbi açıqlandı

Tehranın bəzi bölgələrində həyəcan siqnalları eşidilib - Səbəbi açıqlandı backend

Tehranda həyacan siqnallarının işə düşməsi səbəbi açıqlanıb.

Trend-in məlumatına görə, Tehran vilayəti valisinin təhlükəsizlik məsələləri üzrə müavini Həmidrza Qudərzi ISNA-ya bildirib ki, Tehranın qərbində Azmayeş şəhərciyində təşkilatlardan birinin sistemində nöqsan yaranıb.

Bu məsələ həyəcan siqnalının işə düşməsi ilə nəticələnib. Hazırda həyəcan siqnalı söndürülüb.

Eyni zamanda, Tehran vilayətinin fövqəladə hallar departamentinin rəhbəri Mənsur Daracati bildirib ki, həyacan siqnalı güclü yağışdan sonra suyun sisteminə daxil olması səbəbindən işə düşüb.

*****

Tehranın bəzi bölgələrində həyəcan siqnalları eşidilib.

Trend-in məlumatına görə, bu barədə "Jamaran" agentliyi xəbər verib.

Agentlik qeyd edib ki, siqnalların səsi şəhərin qərb hissəsində eşidilir. Onun səbəbləri araşdırılır.

İran KİV-lərin verdiyi məlumata görə, İranın havadan müdafiə sistemində nasazlıq yaranıb. Tehranın qərbində, İmam Xomeyni aeroportu ətrafındakı ərazilərdə elektrik verilişi dayandırılıb. Aeroportda uçuşların dayandırıldığı deyilir.

Bildirilir ki, İstanbul-Tehran reysi ilə uçan təyyarə Tehran səmasında bir neçə dəfə dövrə vurduqdan sonra istiqamətini Bakıya doğru dəyişib.



Diaspora