Bu şəxs AXTARILIR

Bu şəxs AXTARILIR backend

Meksika hökuməti ikinci dəfə həbsxanadan qaçan bir nömrəli narkobaron “Bəstəboy” ləqəbli Xoakin Qusmanın ələ keçməsinə yardımçı olacaq şəxsə 60 milyon peso (3,8 milyon dollar) mükafat təyin edib. QAZİLER.AZ-ın modern.az-a istinadən verdiyi xəbərə görə, Meksikanın daxili işlər naziri Miqel Anxel Osorio Çonq deyib ki, Qusmanın həbsxanadan qaçmasında Altiplano həbsxanasının əməkdaşları cavabdehdirlər.

Bu hadisəyə görə həbsxananın rəhbəri də daxil olmaqla penitensiar xidmətin 3 əməkdaşı işdən çıxarılıb. Məlum olub ki, Qusmanın qolunda elektron bilərzik və 24 saat boyunca müşahidə altında saxlanılmasına baxmayaraq, qaçmağa nail olub. Qusman 2014-cü ilin fevral ayında Sinaloa ştatında Meksika və ABŞ narkotik polislərinin birgə həyata keçirdiyi əməliyyat zamanı həbs edilib. Onu Masatlan kurortundakı otellərdən birində yaxalayıblar.

Digər məlumata görə, narkobaronun həbsxanadan qaçdığı üçün həbsxananın 49 əməkdaşı həbs edilib. Bunların arasında həbsxananın direktoru Valentin Kardenas Lerma, mühafizəçilər və administrasiya personalı da var.
Lent.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, narkobaronun artıq Meksika ərazisini tərketmə ehtimalı böyükdür. Bu səbəbdən onun tapılması üçün bir sıra dövlətlər də mükafat ayırıblar.
Diaspora