Kəskin hava şəraiti ilə əlaqədar Ankara və İstanbulda məktəblər bağlanıb.
Türkiyə mətbuatının verdiyi məlumata görə, qar ölkənin iki böyük şəhərində ciddi problemlər yaradıb.İstanbulda fevralın 9-da yağmağa başlayan qar dünən axşam saatlarında daha da güclənib. Şəhər Valiliyi özünün “Twitter” səhifəsində elan edib ki, güclü qar səbəbindən məktəblərdə dərslərə ara verilib. Bu gün isə ictimai təşkilatlarda çalışan fiziki qüsurlu və hamilə işçilər icazəli hesab olunacaq.
Hava şəraiti ilə əlaqədar Ankaradakı gecə məktəblərində də bir günlük tətil elan edilib.
Türkiyənin Mərmərə, Ege və başqa bölgələrində də qar çovğunu gündəlik həyata mənfi təsir edib. Sürəti saatda 80 km-ə çatan çovğun səbəbindən İstanbul-Bandırma dəniz nəqliyyatı səfərləri ləğv edilib.
Güclü qar Qartal, Maltepe, Sancaqtepe və Çamlıcanın da gündəlik həyatına ciddi təsir edib.
Türk Hava Yolları Atatürk Hava Limanı daxili və xarici reyslərdə 83 səfərini ləğv edib.