Putin 110 min polisi ixtisara salıb

Putin 110 min polisi ixtisara salıb backend

Rusiya prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin ştat vahidinin 10 faiz (110 min nəfər) azaldılması haqqında fərman imzalayıb. QAZİLER.AZ-ın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya hüquqi məlumat portalında məlumat yerləşdirilib.

Bundan sonra daxili işlər orqanları əməkdaşlarının sayı 835 min, federal dövlət mülki qulluqçularının sayı 5123, sıravi əməkdaşların sayı isə 160124 nəfər olacaq.

Qeyd edək ki, hazırda Rusiya Daxili İşlər Nazirliyinin ştat vahidi 1,113 mln. nəfər təşkil edir.
Diaspora