Ukraynanın “İstoriçeskaya pravda” nəşri ABŞ-ın 46-cı prezidenti Co Baydenin nəsil şəcərəsini araşdırıb.
Araşdırma müəllifləri iddia edirlər ki, Baydenin əsli Kiyev knyazlarınadək gedib çıxır.Belə ki, XIV-XV əsrlərdə İngiltərədə Baydenin birbaşa əcdadı olan Saymon de Fellbriq adlı baron yaşayıb. Baron Polşa knyazı I Pşemıslav Nosakın qızı Malqojata Teşınskaya ilə evli olub. Polşa knyazının anası isə Kiyev Rus dövlətinin başçısı I Yurinin nəticəsi idi.
Baydenin nəsil şəcərəsində Böyük Vladimir və Yaroslav Mudrıy kimi məşhur tarixi şəxsiyyətlərin törəmələri sayılan Rürikoviçlərlə qohum olan Polşa zadəganları da var.
Oxu.az